Donald Tramp Meksika sərhədinə divar inşa etdirməkdə qərarlıdır.
Metbuat.az bildirir ki, ABŞ prezidenti Meksika sərhədində tikilməsi planlaşdırılan 48 mil uzunluğundakı divar və mövcud tellərin yenilənməsi üçün 1 milyard dollar büdcə tələb edib.
CNN-in yaydığı son məlumatlara görə, San Dieqoda 14 mil, Rio Qrandedə isə 28 mil uzunluğunda divar hörülməsi planlaşdırır.
Mütəxəssislərin fikrincə, hazırkı vəziyyətdə Meksika-ABŞ sərhədinin tamamilə qapadılması inandırcı görünmür.