N.Qaziyeva bildirib ki, "Azərbaycan dilinin inkişafı və düzgün tətbiqinə dair Dövlət Proqramı"nın tələblərinə əsasən aparılan monitorinq televiziyaların yalnız xəbər və xəbərdən törəmə proqramlarını əhatə edir: "İnstitutun işi ədəbi dilin normalarına nə dərəcədə riayət olunmasını aşkar etməkdir. Televiziyada ədəbi dilin vəziyyətinə nəzarət televiziya kanallarının rəhbərlərinin üzərinə düşən məsuliyyətdir.
Onun fikrincə, telekanalların dilinə Milli Televiziya və Radio Şurası nəzarət etməlidir.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Azərbaycan televiziyalarında ədəbi dilin normalarına necə riayət olunmasını öyrənmək üçün monitorinq həyata keçirir. Monitorinqin nəticələri ilə bağlı Nəsimi adına Dilçilik İnstitutu və MTRŞ birgə mətbuat konfransı keçirəcək.