Aşıq Samirə keçmiş həyat yoldaşı prodüser Rizvan Məmmədov haqda maraqlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, aşıq Samirə keçmiş həyat yoldaşına olan sevgisinin azalmadığını vurğulayıb:

“Bu gün onunla dostluq münasibətimiz var. Çünki yaşa dolduqca insanın tək qocalması bir o qədər də ürəkaçan deyil. Biz qocalanda da bir-birimzin yanında olacağıq. Ən azı dost kimi birlikdəyik. Dost, dost deməyimizə baxmayın, sevgi ölmür”.

Aşıq Samirə keçmiş əri haqda nələr dedi...

- Bəs sabah Rizvan evlənmək istəsə necə?

- O hara evlənir?! Deyirəm birlikdəyik, mənim heç kimlə evlənmək fikrim yoxdur. Heç o da bu haqda düşünmür. Həyatdr, hər şey ola bilər”.

Aşıq Samirə keçmiş əri haqda nələr dedi...

- Övladlarınızla bağlı qərarlar təkcə sizə aiddir, yoxsa Rizvan da məsələyə qarışır?

- Qərarlar mənə aiddir. Ancaq zaman-zaman məsləhətləşmələr olur. Ümumiyyətlə, onun da fikirləri önəm daşıyır.

Aşıq Samirə keçmiş əri haqda nələr dedi...

- Yenidən nikah masasına oturacaqsınız?

- Əslində, heç nə o kağızla, nikahla, üzüklə ölçülmür. Əsas odur ki, ailədə münasibətlər yaxşı olsun. Hər iki tərəf də bərabər sevgi, xoşbəxtlik olsun. Bunlar olandan sonra yenidən nikah masasına otursan da, oturmasan da fərqi yoxdur.

Aşıq Samirə keçmiş əri haqda nələr dedi...

Rəvan Nasiroğlu / Metbuat.az