Astara şəhərində Təhsil Nazirliyinin balansında olan Pedaqoji kollecin həyətyanı sahəsində yanğın olub.

Metbuat.az FHN-in saytına istinadən xəbər verir ki, həyətdə yerləşən ümumi sahəsi 12 m2 olan qazanxananın içərisində 1 ədəd "ARİSTON" su qızdırıcısı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.