:Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı erməni hakimiyyətini şoka salan təklifi bütün dünyada politoloqlar və ekspertlər arasında geniş müzakirələrə səbəb oldu.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, siyasi elmlər doktoru, Şiffers adına İnstitutun (Moskva) direktor müavini Tatyana Poloskova deyib: "Aydındır ki, Levon Ter-Petrosyanın bəyanatı erməni ekspertləri və ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Təbii, sabiq prezidentin təklifi Ermənistanda qızğın müzakirə edilir. Fikir bildirir, həmçinin şəxsi söhbətlərdə ortaya müxtəlif nöqteyi-nəzərlər qoyurlar. Və Dağlıq Qarabağ problemi üzrə qarşıdurma strategiyasından konstruktiv danışıqlar strategiyasına keçmənin lazım olduğu Ermənistanın bir sıra ekspertləri arasında dəstəyə malikdir. Ancaq seçkiqabağı müzakirələr çərçivəsində Ermənistanın birinci prezidentinin bəyanatının kifayət qədər sərt qiymətləndirildiyi də faktdır.
Mənə gəlincə, mən konstruktiv dialoqun tərəfdarı olmuşam və olaraq da qalıram. Ermənistandakı seçkilərin nəticələrini gözləyək. Şəxsi söhbətlərdə Dağlıq Qarabağın müstəqilliyi şərti ilə ərazilərin qaytarılması imkanı müzakirə edilir. Yəni Ermənistanın ekspertlər cəmiyyəti hissəsinin nümayəndələri arasında başa düşürlər ki, torpaqları gec-tez qaytarmaq lazım olacaq".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində