Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M.İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.