Limon qabığını zibil qabına atanlardansınız? Faydalarını gördükdən sonra atmayacaqsınız.
Metbuat.az xəbər verir ki, limonun tərkibindəki turşu (asit) dərini təmizləyir, ona parlaqlıq və yumşaqlıq verir. Limon qabığı ölü dərini atmağa və sızanaqlardan xilas olmağa kömək edir.
Təzə limon qabığı ilə üzünüzü ovxaladıqdan sonra 10 dəqiqə gözləyin və ilıq su ilə yuyun. Parlaq və təmiz dəri üçün həftədə 3-4 dəfə bu prosesi təkrarlayın.
Sızanaqlardan xilas olmaq üçün günəşdə qurutduğunuz limon qabığını blenderdə toz halına gətirin. Bir stəkan limon qabığı tozunu yarım stəkan şəkər tozu, zeytun yağı və balla qarışdırın. Əldə etdiyiniz məcunu dərinizə masaj edərək tətbiq edin. 15 dəqiqə saxladıqdan sonra yuyun.
Sızanaqlar üçün toz halına gətirdiyiniz quru limon qabığına bir miqdar su əlavə edib problemli bölgəyə tətbiq edin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Aysel Yaqubqızı / Metbuat.az