Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar müəyyənləşib.


Fanat.Az xəbər verir ki, aprelin 5-də baş hakim kimi Ömər Paşayev və Əliyar Ağayev iş başında olacaqlar.

Paşayev Qəbələdə, Ağayev isə paytaxtda idarəçilik edəcək.


5 aprel

16.30 Qəbələ - İnter

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu


19.30 Qarabağ - Neftçi

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Xaqani Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu


Qeyd: hər iki görüş "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Fanat.Az