İlham Əliyev misirli həmkarına basağlığı verib

İlham Əliyev misirli həmkarına basağlığı verib
19:04 9 Aprel 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Misirdə kilsələrdə törədilən partlayışda həlak olanlarla bağlı Azərbaycan prezidenti İlham Əliyev Misir prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti bildirib ki, Misirdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıdıb.

 

Dövlət başçısı qeyd edib ki,  dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik: “Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR