"Bakıda minlərlə yeni iş yeri yaradılır" - Prezident

"Bakıda minlərlə yeni iş yeri yaradılır" - Prezident
15:04 10 Aprel 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bu il inşaat sektorunda canlanma müşahidə edilir”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Dövlət başçısı deyib ki, ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: “Bakıda yeni 300-dən artıq çoxmərtəbəli bina tikilir, minlərlə yeni iş yeri yaradılır. Paytaxtımızın müxtəlif yerlərində istismar müddəti keçmiş, yararsız vəziyyətdə olan binalar sökülür. Həmin binalarda yaşayan şəxslərə ya kompensasiyalar ödənilir, yaxud kirayə pulu verilir. Birinci belə pilot layihə Sabunçu rayonunda icra edildi. Bu proses artıq geniş vüsət alıb. Mikrorayonlarla bağlı da layihə icra ediləcək. Binaların birinci mərtəbələrində uşaq bağçaları inşa edilməlidir. Bu yolla da uşaq bağçası problemi həll ediləcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR