İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyənlər üçün yeni təlimlərə start verilir

İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyənlər üçün yeni təlimlərə start verilir
15:35 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən yeni təlimlərə start verilir.

İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən şəxslər aprel ayından etibarən yeni təlimlərə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatı aparılan texniki təlimlərə aşağıdakılar daxildir:
 
-          Server sistemlərinin idarə edilməsi;
-          Şəbəkə texnologiyaları inzibatçılığı;
-          İT texniklik;
 
Tələbələr, həmçinin təlimlərdə veb proqramlaşdırma və java proqramlaşdırma dillərini yüksək səviyyədə öyrənə bilərlər.
 
İştirakçılar təlimləri uğurla bitirdikləri təqdirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı ilə təltif ediləcəklər.

Təlimlər haqqında ətraflı məlumat almaq və təlimlərə qeydiyyat üçün Elektron Hökumət Təlim-Tədris Mərkəzi ilə əlaqə saxlamağınız (Ünvan: Yasamal rayonu Şərifzadə 241; www.e-training.az) ; əlaqə: (012, 077) 5050113 nömrəli telefonlar və [email protected])) xahiş olunur.



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47048-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR