Toni Adams La Liqa klubuna baş məşqçi təyin edildi

Toni Adams La Liqa klubuna baş məşqçi təyin edildi
18:27 10 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İspaniya La Liqasında klub çalışdıracaq. Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis "Qranada"nın baş məşqçisi təyin edilib.


O, bu postda uğursuz çıxış səbəbindən istefaya göndərilən Lukas Alkarazı əvəzləyib. Bu günlərdə kluba idman direktoru təyin olunan Adams baş məşqçi postuna gətirilib.


Sabiq “Qəbələ”li “Qranada”nın cari mövsümdə 3-cü çalışdırıcısı olub. Mövsümə Pako Ximeneslə başlayan elita təmsilçisi ilk 7 turda cəmi 2 xal toplayınca, onunla yollarını ayırıb, Alkarazla anlaşmışdı. Adams isə mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.


Toni Adams hazıda eyni zamanda “Qranada”nın çinli sahibi Yon Yiana məxsus DDMC şirkətinin də vitse-prezidentidi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-toni-adams-la-liqa-klubuna-ba-mqci-tyin-edildi-t57485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR