Tarixdə bu gün: 11 aprel

Tarixdə bu gün: 11 aprel
09:03 11 Aprel 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

1635 – Növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını geri alıblar.

İrəvan qalası 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I şah Abbas tərəfindən tutulmuş və İrəvanın idarəçiliyi Əmirgün xan Qacara verilmişdi.

Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçib.

1827-ci ildə İrəvan xanlığı çar Rusiyası tərəfindən işğal edilərək tədricən ermənilərin nəzarətinə verilməyə başlandı.

* * *

1840 – Çar I Nikolay «Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar haqqında» qanun imzalayıb.

Qanuna əsasən, Rusiyaya birləşdirilmiş Azərbaycan bölgələrində hərbi komendantlıq idarəsi ləğv olunub və 1841-ci ildən Ümumrusiya idarə sistemi tətbiq edilib.

* * *

2002 – Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında hərbi əməkdaşlıq barədə protokol imzalanıb.

İki ölkənin müdafiə nazirlərinin (Səfər Əbiyev-David Tevzadze) tərəfindən imzalanan sənəd regional təhlükəsizlik, terrorizm və separatizmlə birgə mübarizə və ordu quruculuğunda əməkdaşlıq məsələlərini əhətə edirdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/194571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR