"Mən aktrisa deyiləm, aparıcıyam"

Hər həftənin çərşənbə günü saat 22.45-də gözünüz "Space Tv"-nin efirində olsun.

Metbuat.az xəbər verir ki, "Təəccüb Çevrəsi" adli illüziya dolu şou proqram pozitiv və peşəkar aparıcı Mələk Heydərova və illüziyaçi Çingiz Həziyevin təqdimatında efirə gedəcək. Aparıcı Mələk Heydərova bir müddət aradan sonra yenidən efirə qayıdıb:

"Yenidən efirə qayıdıram. Həqiqətən çox maraqlı şou ilə doğma kanalım "Space tv"-də yenidən tamaşaçıların qarşısına çıxacağam. Həmkarım çox peşəkar illüziyaçi Çingiz Həziyevdir. Fərqli bir veriliş olacaq. Insanları sözün yaxşı mənasında şoka salacağıq".

Mələk Heydərova onun aktrisa kimi təqdim edilməsinə etirazını bildirib:

"Heç xoşuma gəlmir məni aktrisa kimi təqdim edəndə. Aktrisa deyiləm, aparıcıyam. Aktrisa kimi başlasam da, mən özümü aparıcı kimi tanıtdım. Son zamanlar nə filmlərə, nə də reklamlara çəkilmirəm. Özümü aparıcı kimi görürəm və xoşbəxt hiss edirəm. Bəyəndiyim ssenari olsa film və ya reklama çəkilərəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR