Bakıda uşaq bağçası tapmaq asanlaşacaq.
Şəhərin hər yerində yeni uşaq bağçaları açılacaq.
Milli.Az xəzərxəbər-ə istinadla bildirir ki, dövlətə məxsus olacaq belə bağçalar, hündürmərtəbəli binaların birinci mərtəbəsində fəaliyyət göstərəcək.
Bununla bağlı prezidentin verdiyi tapşırığa əsasən yeni binalar tikilərkən bağça üçün yerlərdə ayrılmalıdır. Millət vəkili Bəxtiyar Əliyev bildirir ki, hazırda bir çox valideyn uşaq bağçası tapmaqda çətinlik çəkir ki, bu üsulla da problemi tam həll etmək mümkündür.
Hətta paytaxtın 1 ci mikrorayon ərazində inşa ediləcək 75 yeni tikilinin hər birinin birinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərəcək.
Hündürmətəbəli binaların altında bağçalar açılarsa yaxın 3-4 il ərzində bağça problemin tam həll edilcəyi gözlənilir.
Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində