Natavan Həbibi "ərə" getdi

Uzun müddətdir anonsları yayımlanan "Hozu" filmi nəhayət ötən gün təqdim olunub.

Metbuat.az xəbər verir ki, baş rollarında müğənni Natavan Həbibi və Məcid Hüseynovun çəkildiyi filmin rejissoru İlham Yaşaroğludur. Filmin ssenarisi kəndli bir oğlanın şəhərə iş tapmaq bəhanəsi ilə gəlib, bir qıza aşiq olması üzərinə qurulub. Yaradıcılığında ikinci dəfə filmə çəkilən Natavan Həbibi rolu haqqında bunları deyib:

“Hər bir işimdə olduğum kimi, buna da məsuliyyətlə yanaşmışam. Aktrisa kimi çəkilmək heç də asan deyil. Bir kadrı dəfələrlə çəkmək məcburiyyətində olursan. Obrazım isə xaraktercə mənə bənzəyir. Bütün səylə çalışmışam ki, işimi peşəkarlıqla yerinə yetirim. Komandamız da çox əyləncəli və maraqlı idi. Ümid edirəm ki, kinonu bəyənib, güləcəksiniz”

Qeyd edək ki, filmin ssenaristləri Məcid Hüseynov, Ramiz Hüseynzadə, Tural Baxış, Elsevər Mehdizadə və Vüsal Hacıqədirdir.

Rəvan Nasiroğlu

Foto: Orxan Line


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR