Savçenkonun maşın ilə adam vurdular - Deputat da avtomobildə olub - FOTO

Savçenkonun maşın ilə adam vurdular - Deputat da avtomobildə olub - FOTO
15:05 13 Aprel 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasının deputatı, Milli qəhrəman Nadejda Savçenkonun içərində olduğu avtomobil Kiyevdə adam vurub.

Milli.Az virtualz.org-a istinadən xəbər verir ki, hadisəni əks etdirən foto "VKontakte" sosial şəbəkəsində yayılıb.

Hadisə bu gün Teodor Drayzer küçəsində, səhər saatlarında baş verib.

"Bizim hörmətli, Savçenko, daha doğrusu avtomobili nənəni vurub", - deyə postun altında yazılıb.

Şahidlər bildiriblər ki, N.Savçenko vurulan yaşlı qadına yaxınlaşaraq ona kömək etmək istəyib. Hadisə yerinə polis və təcili yardım əməkdaşları gəlib.

Təqaüdçü qadının ayağının burxulduğu, müayinə üçün xəstəxanaya aparıldığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR