Şou-biznesin tanınmış müğənnisi Emil Bədəlov və Hacı Nazim tədbirlərin birinə həyat yoldaşı ilə qatılıb.

Metbuat.az xəbər verir ki, Natavan Həbibinin çəkildiyi "Hozu" filmini yoldaşları ilə birlikdə izləməyə gələn məşhurlar kameramıza tuş gəliblər. Hər iki cütlüyün özəl fotolarını təqdim edirik.

Qeyd edək ki, Emil Bədəlov 2011-ci ildə tarzən Firuz Əliyevin qızı Xanımla, Hacı Nazim isə Gülnar adlı xanımla 2012-ci ildə evlənib.

Rəvan Nasiroğlu / Metbuat.az

Azərbaycanlı müğənnilər həyat yoldaşları ilə

Azərbaycanlı müğənnilər həyat yoldaşları ilə