Cəlilabad rayonu, Qarazəncir kəndində yağın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Cəlilabad rayonu, Qarazəncir kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.