Təşkilatçılar pulu götürüb qaçdı

“Roma Fashion Week” beynəlxalq yarışmasının təşkilatçıları iştirakçıları aldadıb.

Metbuat.az xəbər verir ki, Tatyana Qenkina və Rikardo Qubani iştirakçıların hədiyyələrini götürərək aradan çıxıb.

200 nəfərin qatıldığı yarışmada hər iştirakçıya 150-250 avro vəd edilib. Lakin təşkilatçılar sözlərinə naxələf çıxaraq iştirakçıları pis vəziyyətdə qoyub. Onlar fasilə adı ilə aradan çıxıblar.

“Roma moda həftəsi” 3-7 aprel tarixlərində baş tutub, sonuncu tədbir isə 6 apreldə keçirilib.

Təşkilatçıların bunu icarəyə götürdükləri binanın icarə haqqını ödəyə bilmədiyi səbəbiylə etdikləri deyilir.

Qeyd edək ki, 3-7 aprel tarixlərində baş tutan yarışmanın sonuncu tədbiri 6 apreldə keçirilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR