ABŞ-ın Əfqanıstana bütün bombaların "anası” hesab olunan
GBU-43 bombasını atmasından sonra Rusiya əks-həmlə
edib.
Publika.az xəbər verir ki, Rusiya mediası
Moskvanın əlində bütün bombaların "atası” olduğunu yazıb.

“Sputnik” agentliyinin məlumatına görə, Rusiyanın 2007-ci ildə
təkmilləşdirdiyi vakum bombası FOAB məhz “bütün bombaların
atası“dır.
Məlumata görə, bu bomba ABŞ-ın GUA-43/B bombasından daha güclüdür.
Belə ki, GUA-43/B 11 ton dinamit daşıyır, lakin FOAB 44 ton dinamit
tutumuna malikdir.
FOAB yerə düşmədən atmosferdəki oksigenin təsiri ilə havada
partlayır və geniş ərazini məhv edir.
Asif