Bakı Şopinq Festivalının ilk 10 günü ərzində vergi orqanlarının əməkdaşları tərəfindən 400-dən çox hesab-faktura yazılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, bu günlər ərzində qaytarılan ƏDV-nin məbləği 300 min manatı keçib.

Nazir müavini qeyd edib ki, "Tax free" xidmətlərindən istifadə edənlərin 95-96 faizi Azərbaycan vətəndaşları olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində