Hər gün az miqdarda da olsa sədəqə vermək hədislərdə çox təkid olunub. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: "Gününüzü sədəqə verməklə başlayın (yəni səhər sədəqə verin).

Milli.Az islam.az-a istinadən bildirir ki, hər kim gününü sədəqə verməklə başlasa, (həmin gün) ona bəla toxunmaz" (Bihar əl-ənvar, 96-cı cild, səh. 177).

Yenə o həzrətin belə buyurduğunu rəvayət etmişlər: "Səhər açılanda sədəqə ver; bu sədəqə ilə həmin günün bədliyi səndən uzaqlaşar. Axşam düşəndə sədəqə ver; bu sədəqə ilə həmin gecənin bədliyi səndən uzaqlaşar" (Bihar əl-ənvar, 96-cı cild, səh. 176).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində