Məşhur futbolçu Zlatan İbrahimoviç ciddi zədə alıb.

Metbuat.az xəbər verir ki, ulduz futbolçunun Avropa Liqası çərçivəsində keçirilən "Mançester Yunayted" - "Anderlext" oyunu zamanı diz bağları qopub.

Futbolçu növbəti ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacaq.

35 yaşlı futbolçunun bundan sonra kayerasında ciddi dəyişikliyin baş verəcəyi deyilir.

Aytən Novruzova / Metbuat.az