"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo öz "İnstaqram" səhifəsində oğlunun videosunu paylaşıb.

Metbuat.az xəbər verir ki, balaca Ronaldo uşaqlar arasında keçirilən futbol yarışında qollarla yadda qalıb:

“Oğlumla fəxr edirəm, onun parlaq gələcəyinə inanıram”, - deyə Ronaldo bildirib.

Ulduz futbolçunun fanatları, “Belə atadan belə oğul olmalı idi...” kimi şərhlər yazıblar.

Aytən Novruzova / Metbuat.az