Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Ermənistan hərbi birləşmələri cəbhədə atəşkəsi yenidən pozub. Ermənilər Gürcüstanda separatizmi qızışdırmaq istiqamətində aktiv fəaliyyətə başlayıb. AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında anti-Türkiyə hesabatını qəbul edib. Koreya yarımadası ətrafında gərginlik davam edir. ABŞ Yaponiya və Cənubi Koreya ilə birgə hərbi dəniz təlimləri keçirib.

Ermənistan hərbi birləşmələri cəbhədə atəşkəsi yenidən pozub. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində Ermənistan Ordusu itki verib. Ermənistan ordusunun 1997-ci il təvəllüdlü əsgəri Amayk Artünyan aprelin 24-də saat 17:50-də aldığı ölümcül güllə yarası nəticəsində ölüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni hərbi birləşmələri 24-dən 25-nə keçən gecə də atəşkəsi pozmaqda davam edib. Düşmən cavab atəşi ilə sudurulub.

Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüş Dağlıq Qarabağ münaqişəsində dalana dirənmiş danışıqların yenidən başlaması istiqamətində mühüm addım ola bilər.

Üçtərəfli formatda görüşün keçirilməsini rəsmi Bakı təklif edib. İndiyə qədər bu təklif iki dəfə irəli sürülsə də, İrəvan razılaşmırdı. Lakin sonradan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da belə görüşə ehtiyac olduğunu qeyd edib.

Bu, Ermənistanın danışıqlar masasına gətirilməsi deməkdir.

Rusiya üçün QARABAĞ ALOVU, “Müharibəyə hazırıq!”... - GÜNÜN SİYASİ XÜLASƏSİ

İki gün sonra Qarabağ üçün nələr olacaq? - Diplomatik mənbə “RUS PLANI”NI AÇDI