Bir müddət əvvəl müğənni Sərdar Ortaçın xanımı Xloe Lougnan Sinan Akçılla duet ifa edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu gün ikilinin duet oxumasının əsl səbəbi bəlli olub.

Belə ki, 2015-ci ildə Sərdarın roman müğənnisi Otilia ilə duet ifa etməsi Xloenin xoşuna gəlməyib. Buna görə, Otilia Sinanla sevgili olduğu üçün Lougnan da ona acıq vermək və ərini qısqandırmaq üçün bu addımı atıb.

"Bu qızdan heç xoşum gəlmir. Mən də albom çıxaracam və işə Sinanla başlayacam", - deyə sənətçinin xanımı bildirib.

Milli.Az