Siyavuş Novruzov: “Bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar”

Siyavuş Novruzov: “Bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar”
12:47 2 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ “Avropa Şurası Parlament Assambleyasının Türkiyəni post-monitoriqndən monitorinqə keçirməsi təəccüblü deyil. Bir neçə dəfə Avropa strukturlarından Azərbaycana və Türkiyəyə qarşı ədalətsiz mövqe sərgilənib. Bu da onlardan biridir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasənda deyib.
O bildirib ki, bəzi qüvvələr Türkiyənin daxili işlərinə qarışırlar, müzakirələr aparırlar: “Türkiyə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendum ədalətli keçirilib. Nəticələr 86-90 faiz olanda deyirlər ki, faiz çoxdur. 51 faiz olanda da deyirlər, azdır. Bu cür yanaşma ilə Avropa strukturları hara gedir?! Türkiyədə ədalətli səsvermənin nəticəsi idi ki, əhalinin 48 faizi əleyhinə səs vermişdi. Avropada bir terror aktı olanda qışqırıqları aləmi bürüyür. Bəs Türkiyənin ərazisində baş verənlər necə olsun?”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/siyavus-novruzov-bezi-quvveler-turkiyenin-daxili-islerine-qarisirlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR