Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqladı - VİDEO - FOTO

Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqladı - VİDEO - FOTO
13:17 2 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində yerləşən parkda 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaqlanıb. O xəstəxanaya yerləşdirilib. S.Məhərrəmova xəstəxanada polislərə ilkin ifadəsində bildirib ki, parkda gəzərkən naməlum şəxs onun çantasını əlindən almaq istəyib. Qadın müqavimət göstərərkən bıçaqlanıb.

Xəstəxananın həkim-cərrahı Bəhram Zeynalov report-a açıqlamasında bildirib ki, S.Məhərrəmovanın vəziyyəti ağırdır. S.Məhərrəmova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR