Hindistan Birinci Futbol Liqasının son çempionu "Aizavl" tətbiq ediləcək yeni sistemlə 2. Liqaya düşəcəklərini eşidincə ölüm orucuyla etiraz etmək qərarı veriblər.
Klubdan edilən açıqlamada Hindistan Futbol Federasiyasının (AIFF) gələcək mövsümdən etibarən həyata keçirəcəyi üç pilləli liqa sistemində ikinci liqada iştirakları qəbul edilməz olduğu deyilərək: "AIFF-ya etirazı etdik. Etirazımız qəbul edilməzsə, idman naziri, baş nazir və Asiya Futbol Federasiyasına (AFC) müraciət edəcəyik" ifadələri işlədib.
Dünya səviyyəsində etirazlara başlayacaqlarının qeyd edildiyi açıqlamada "Şikayətlərimiz qəbul edilməsə, AFC və FİFA ofislərinin qarşısında oturacağıq, AIFF ofisinin qarşısında kütləvi aclıq aksiyasi və hətta "ölüm orucu" etməkdən başqa çarəmiz qalmayacaq" vurğulanıb.
Təhməz Təkin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində