İraqın Mosul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı böyük faciə yaşanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərinin qərbində gedən döyüşlərdən qurtulmaq üçün məktəbə sığınan mülki vətəndaşa qarşı raket bombalamasında 81 nəfər ölüb.

İŞİD-in kontrolunda olan EL-Vela məktəbini hədəf alan raket zərbəsində 34 kişi, 29 qadın, 18 uşaq dünyasını dəyişib.

Hələlik məktəbi kimlərin bombaladığı bəlli deyil.

Həmçinin, terrorla mübarizə bölməsindən yüzbaşı ƏLİ el-Behadili Anadolu Agentliyinə En-Neccar Məhəlləsi yaxınlığında raket zərbəsi nəticəsində İŞİD-in müharibə idarəsinə cavabdeh Həbib Əbdülcəbbarın öldüyünü açıqlayıb.