Konyanın şəhər mərkəzinə düşən qaban şüşələrini qırdığı özəl bir xəstəxananın təcili xidmətinə girişi və içəridəkilərin qorxudan qaçdıqları məqamlar təhlükəsizlik kameralarına qeyd edilib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Hadisə yerinə gələn bələdiyyə əməkdaşları, xeyli vaxt çalışdıqdan sonra qabanı tutaraq ərazidən aparıblar. Hadisə zamanı yaralanan olmadığı deyilir.
Görüntülərdə qabanın yoldan keçən bir adama da hücum etdiyi, ətrafdakı binaların bəzilərinə hətta zərər vurduğu da əks olunub.
Məhəmməd Vaqif
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:

