Ev üsulu lahmacun hazırlamaq istəyirsiniz?

Günorta yeməyinə dadına doymayacağınız lahmacun hazırlamağa nə deyirsiniz?

Metbuat.az ev üsulu lahmacun hazırlamağın qaydasını təqdim edir:

Tərkibi:
250 qr un
1 stəkan yarım su
1 çay qaşığı quru maya
1 çay qaşığı duz

İçlik üçün:
200 qr qiymə
2 ədəd pomidor
1 ədəd böyük soğan
2 ədəd yaşıl bibər
½ dəstə cəfəri
4 diş sarımsaq
1.5 çay qaşığı tomat

Hazırlanması:

İçliyi hazırlamaq üçün yaşıl bibər, pomidor, soğan, cəfəri və sarımsağı robotda çəkin. Hazırladığınız qarışığı və tomatı qiymənın üzərinə əlavə edərək yoğurun.
Lahmacun xəmiri üçün unu ələyərək bir qaba tökün. Maya və duz əlavə edərək qarışdırın. İlıq suyun içinə zeytun yağı qoyun. Unun ortasını açaraq suyu tökün və yoğurun.Yumşaq xəmir əldə etdikdən sonra üzərini bağlayıb gözlədin. Xəmiri parçalara bölün. Hər parçanı oxlov ilə incə olacaq şəkildə açın. Açdığınız xəmirin üzərinə içliyi bərabər şəkildə basdıraraq yayın. Sobanın qızartma hissəsini ən yüksək istilikdə açın. Tavanı istilədib lahmacunu içinə qoyun. Tavadakı lahmacunun altı yüngül qızarana qədər bişirin və sobanın qızartma hissəsinə qoyun. Kənarları yüngül qızarınca çıxardaraq ikiyə qatlayın. İsti olaraq servis edin.

Nuş olsun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR