Nigeriyanın şimal-şərqindəki Borno ştatında 82 məktəbli qız "Boko Haram" terror qruplaşmasının əsirliyindən azad olunublar.
Milli.Az ABC-yə istinadən bildirir ki, terrorçular onları Çibok şəhərindəki liseyə hücum zamanı qaçırmışdılar.
Dünən məktəbli qızlarla paytaxt Abucada ölkə prezidenti Mohammadu Buhari görüşüb.
Kamerunla sərhədin yaxınlığındakı hərbi bazada xidmət edən hərbçi deyib: "Beynəlxalq Qırmızı Xaç Təşkilatının 9 avtomobili Bankiyə yollandı. Daha sonra bu təşkilatın maşınları heç bir müşayiət olmadan meşəliyə üz tutdular, axşam saatlarında isə qızları gətirdilər".
Məktəbli qızlar "Boko Haram"ın həbsdəki üzvlərinin azadlığa buraxılmasının müqabilində əsirlikdən qurtulublar.
Qızlardan biri 2 yaşlı uşaqdır, birininsə ayağı kəsilib.
"Boko Haram"ın terrorçuları 2014-cü ilin aprelində Çibokadakı liseydən 12-17 yaşlı 276 məktəbli qızı aparmışdılar. Sonradan 57 qız əsirlikdən qaçmağı bacarmışdılar.
Hazırda terrorçuların əsirliyində 113 məktəbli qız qalıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində