Bakı. 8 may. REPORT.AZ/ İranın idman və gənclər nazirinin iki müavini IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.
İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazirin qəhrəmanlıq və idmanın inkişafı üzrə müavini Məhəmmədrza Davarzani və mədəniyyət məsələləri üzrə müavini Əbdülhəmid Əhmədinin açılış mərasimində iştirakını təsdiqlənib. Səfər zamanı iranlı məmurlar Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.
Səfirlikdən bildiriblər ki, hələlik nazirin özünün açılış mərasimindəki iştirakı sual altında qalır.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları mayım 12-dən 22-dək Bakıda keçiriləcək.