Türkiyə Silahlı Qüvvələrinin polkovniki Orkun Özeller ABŞ generalının verdiyi medaldan imtina edib.

Metbuat.az xəbər verir ki, o, Türkiyədəki ABŞ-a məxsus "İncirlik" hərbi bazasında təşkil edilən mərasimdə ona təqdim edilən medaldan imtina edərək, mərasimi tərk edib:

“Sizi məyus etmək istəməzdim. Lakin bu medalı qəbul edə bilmərəm. Vətən sevgim buna yol verməz. Mənə bu medalı vermək istəyənlər düşmənim olan YPG-yə dəstək olur”.

Zabitin bu addımı PKK-nın Suriyadakı qolu hesab edilən YPG-yə silah-sursat satmağa qərar verən ABŞ-a bir sillə olub.

Türk xalqı polkovnikin bu addımını dəstəkləyərək, Ərdoğanın mayın 16-da ABŞ-a edəcəyi səfərin təxirə salınmasını, "İncirlik" hərbi bazasının bağlanmasını tələb edən çağırışlar edib.

Aytən Novruzova / Metbuat.az