İngiltərə “Fidyə” proqramına görə Rusiyanı günahlandırıb.
Metbuat.az xəbər verir ki, soxulcan xüsusiyyəti olan bu zərərli proqram bir neçə saat içərisində dünyaya yayılıb. İngiltərədə sağlamlıq sistemi çöküb, bəzi xəstəxanalarda əməliyyat həyata keçirmək mümkün olmayıb.
Kiber hücumun təsirinə məruz qalan ölkələr arasında Türkiyə də var.
Hücumu təşkil edənlər faylları və sistemə daxil olmaq üçün tələb olunan xüsusi açar müqabilində kompüter sahiblərindən külli miqdarda pul tələb edib.
Aytən Novruzova / Metbuat.az