"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Muğla-Marmaris avtomobil yolunun Sakar keçidi ərazisində baş verib.
Məlumatda qəza nəticəsində çoxlu sayda ölənlərin və yaralananların olduğu, hadisə yerinə təcili yardım və xilasedici briqadalarının cəlb olunduğu bildirilib.