Rusiyanın istehsal etdiyi yeni tankların görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə Rusiyanın gizli saxlamağa çalışdığı "T-14 Armat"ın ilk şəkilləri yayılıb. Şəkillər tankların Alabino poliqonuna aparılan zaman çəkilib.

Tanklar brezentlə örtülüb və onların zahiri görünüşü mayın 9-da Moskvada hərbi paradın keçirilməsi anına qədər sirr qalacaq.

Ən yeni Rusiya tankı OBT T-14 "Armat" dəmiryolu platformasında xüsüsi mühafizə altında qorunub.

Mayın 9-da keçiriləcək paradda Rusiya yeni silahlarından "Armat" tanklarını, "Kurqanes-25", "Bumeranq", "Tayfun-U" zirehli avtomobillərini göstərməyi planlaşdırır.

Həmçinin gözlənilir ki, paradda "Koalisiya-SV" və "Kornet-D" özüyeriyən artilleriya raket kompleksləri də nümayiş olunacaq.





Putin bu tanklarla dünyaya meydan oxuyacaq (VİDEO, FOTO)

Putin bu tanklarla dünyaya meydan oxuyacaq (VİDEO, FOTO)

Putin bu tanklarla dünyaya meydan oxuyacaq (VİDEO, FOTO)
Mənbə
ANS PRESS