Vergilər Nazirliyi: Son 14 ildə regionlar üzrə vergi daxilolmaları 16 dəfə artıb

Vergilər Nazirliyi: Son 14 ildə regionlar üzrə vergi daxilolmaları 16 dəfə artıb
14:52 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ 2003-2016-ci illərdə Azərbaycanın regionlarından vergi daxilolmaları 16 dəfə artıb.
“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov bildirib.
“Xüsusi olaraq vurğulamaq lazımdır ki, regionlardakı vergi ödəyicilərinin əksər hissəsinin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədardır və 1999-cu ildən bu sahənin, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmasına baxmayaraq, 2016-cı ildə vergi daxilolmaları 600,8 milyon manat təşkil edib. Halbuki regionların inkişafı üzrə dövlət proqramının qəbulundan əvvəlki 2003-cü ildə bu rəqəm 37,7 milyon manat olub”, - deyə o, qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-nazirliyi-son-14-ilde-regionlar-uzre-vergi-daxilolmalari-16-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR