Azərbaycan Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarında ilk qızıl medalını qazanıb.
Metbuat.az-ın məlumatına görə, yunan-Roma güləşində 98 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev finalda qırğızıstanlı rəqibi Uzur Juzupbekova 5:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları mayın 22-də başa çatacaq.