Play Store

Sənətdəki kişilər niyə boşanır?

“Xənnas”ın baş rol ifaçılarından olan gənc, istedadlı aktyor Türkay Cəfərli sənətdəki kişilərin yaxşı ailə başçısı olmaması fikri ilə razılaşmadığını bildirib.

Metbuat.az-a açıqlama verən aktyor bu anlayışın sənətdəki bütün kişilərə aid olmadığını deyib.

“Əsasən qadınlar deyir ki, sənətdəki kişilərin ailəsi uzunömürlü olmur. Bu isə əlbəttə ki, doğru deyil. İstisnalar həmişə var. Birinin səhvini ümümiləşdirib, hamıya aid etmək düzgün deyil. Kişi və qadın ətrafdakılar üçün deyil, sevərək, özləri üçün ailə qursa, xoşbəxt və uzunömürlü ailə həyatı sürərlər. Nə vaxtsa sənətimlə ailəm arasında seçim etməli olsam, sənətimi seçəcəm. Məni sevən xanım sənətimi də sevməlidir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR