Amerikalı rok musiqi ifaçısı Kris Kornel 53 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, ifaçının intihar etdiyi deyilir.

Kris Kornel sənət fəaliyyətinə zərbçi kimi başlayaraq, gitarda ifaya keçib. 1984-cü ildə "Soundgarden" musiqi qrupunun əsasını qoyan ifaçı qrup dağıldıqdan sonra solo ifaya keçib. Kris Kornel “Sən adımı bilirsən” mahnısı ilə məşhurluq qazanıb.

Aytən Novruzova / Metbuat.az