Məşhur müğənnilər etiraf etdilər

Rusiyalı müğənnilər Qriqori Leps və Stas Piexa narkotik maddə asılılığından əziyyət çəkdiklərini etiraf ediblər.

Metbuat.az xəbər verir ki, müğənnilər bunu müxtəlif səbəblərlə əlaqələndiriblər.

Qriqori Leps:

“Bu vərdiş məndə restoranda müğənni işləyərkən yarandı. Narkotik maddələrlə yanaşı, içkiyə də sevgim yarandı. Ancaq sonradan mən bunun bir xəstəlik olduğunu anladım və qərara aldım ki, daha nə çəkəcəm, nə də içəcəm. Hər şey iradəyə bağlıdır. İçki və narkotik maddələri sevsəm də, bu bəladan qurtula bildim”.

Stas Piexa:

“Yalnızlıq hissi məni narkotik maddələrdən istifadəyə sürüklədi. Küçə uşaqlarına qoşulmuşdum. Valideynlərim əksər vaxt evdə olmadığı üçün özümü tənha hiss edirdim. İçimdə bir boşluq var idi. Bu boşluğu isə narkotika doldururdu. Xəstəliklə müalicə məqsədilə İngiltərədə müalicə almışam, 3 dəfə infarkt keçirmişəm. Möcüzə nəticəsində sağam”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR