Türkiyədə "Sözcü" qəzetinə "FETÖ" İTTİHAMI: rəhbərlik saxlanıldı

Türkiyədə "Sözcü" qəzetinə "FETÖ" İTTİHAMI: rəhbərlik saxlanıldı
15:14 19 May 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Türkiyədə Ərdoğan hakimiyyətinə tənqidi mövqedə dayanan “Sözcü” qəzetinin rəhbərliyinə qarşı əməliyyat keçirilib.

 

Lent.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, qəzetin rəhbər şəxsləri saxlanılıb.

 

Qəzetin sahibi Burak Akbayla birgə internet saytının rəhbəri Mediha Olqun, maliyyə direktoru Yonca Qalalı və İzmir müxbiri Gökmən Ulu barəsində saxlanılma qərarı verilib. Qəzetin vəkilləri bildirib ki, onlara həbs-qətimkanla bağlı heç bir sənəd verilməyib.

 

Saxlanılan şəxslərə qarşı FETÖ üzvü olmamaqla birlikdə bu təşkilatın işlərinə dəstək vermək, prezidentə suiqəsd və Türkiyə hökumətini devirməyə cəhdə bağlı cinayət işi açılıb.

 

 

İstanbulun baş prokuroru əməliyyat faktını təsdiqləyib. İrfan Sadiq deyib ki, iş başlayıb və araşdırma gedir.

 

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu əməliyyatla bağlı deyib ki, “Sözcü”yə əməliyyat Türkiyəyə əməliyyat deməkdir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR