Qadının boğazına bıçağı dirəyib, pul istəyən şəxslər tutuldu

Qadının boğazına bıçağı dirəyib, pul istəyən şəxslər tutuldu
13:49 20 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 12-də Xaçmaz rayonunun Hülövlü kənd sakini Məsumə Qasımovanın evinə açıq qalmış qapıdan girən naməlum şəxslər onu bıçaqla hədələyərək, pul verməsini tələb edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ev sahibi pulunun olmadığını bildirdikdə isə onlar hadisə yerini tərk ediblər.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum  olunmuş Vüqar Sadıqov və Taleh Cavadov müəyyən edilərək tutulublar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR