Rusiya Ermənistana yeni silahlar verəcək. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri İrana qarşı sərt tonda verilən bəyanatlarla yadda qalır. Tramp bu gün İsrailə səfər edib. ABŞ-PYD ittifaqı tərəfindən Rakka Şurası adı altında “işğal şurası” yaradılıb. İŞİD-in Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına hücum planının qarşısı alınıb.

Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə yeni silahlar verəcək. Bu barədə Hərbi-Texniki Avadanlıq üzrə federal Xidmətin direktoru Dmitri Şuqay deyib. Onun sözlərinə görə, KTMT ölkələrinə müdafiə sistemləri və vertolyotlar çatdırılacaq.

Rusiya Hava-kosmik güclərinin baş komandanı Viktor Bondaryev isə bildirib ki, Qazaxıstana, Tacikistana zenit-raket kompleksləri, Qırğısıztana müdafiə sisteminin müasir texnikasını, Tacikistana aviasiya və zenit-raket kompleksi, Ermənistana və Belarusa hava hücumundan müdafiə sistemləri veriləcək.

Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər keçən gün daha böyük itkilər verir. Mayın 20-də atəşkəsi pozan erməni hərbi birləşmələri daha bir itki verdi. Ermənistan mediası əsgər Karen Danielyanın aldığı güllə yarasından öldüyünü açıqladı.

Ermənistan cəmiyyəti artan itkilər fonunda rəsmi İrəvanı sülhə çağırır. Erməni jurnalist Sarqis Arsruni yazır ki, münaqişə Ermənistanı blokadaya salıb, iqtisadiyyat iflic olub.

Adam qanına susayan PREZİDENT, iyulda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Cəbhədə gərgin döyüşlər və sərxoşluq edən Sarkisyan: Ermənilər Qarabağ üçün AYAĞA QALXDI