Bu həftə ABŞ-da rok-n-rollun kralı və atası hesab edilən Elvis Presliyə məxsus təyyarə hərraca çıxarılacaq.

Publika.az xəbər verir ki, 1962-ci il istehsalı olan "Lockheed Jetstar" təyyarəsi 2-3,5 milyon dollar məbləğində qiymətləndirilir.

Hava gəmisinin dizaynı xüsusi olaraq musiqiçi üçün hazırlanıb.

Təyyarənin mühərriki olmadığı üçün lot alıcısına onu sərgi obyekti kimi istifadə etmək təklif olunacaq. (Report)