Dünən gecə saatlarında İngiltərənin Mançester şəhərində baş verən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb.

Metbuat.az xəbər verir ki, hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir.

Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

Məsələ ilə bağlı Metbuat.az -a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri Hikmət Hacıyev bunları deyib:

“Mançesterdə baş vermiş terror aktı nəticəsində ölənlər arasında azərbaycanlıların olub-olmaması haqda hələ ki, dəqiq məlumat yoxdur, məsələ hazırda araşdırılır. Azərbaycanın Londondakı səfirliyinin təhlükəsizliyi isə müvafiq qaydada təmin olunur”.

Aytən Novruzova / Metbuat.az