Türkiyəli müğənni Bülent Ersoy Hindistandadır.

Metbuat.az xəbər verir ki, Bülent Ersoy “Dünya gözəllərim” adlı proqramın çəkilişləri üçün Safiye Soyman, Banu Alkan, Burcu Esmersoyla birlikdə Hindistana yollanıb.

Mumbay şəhərindəki avtobus gəzintisi zamanı Bülent Ersoy toyuq və keçiylə eyni avtobusda getməli olub. Toyuqda bit olacağından ehtiyat edərək, geri çəkilib.

May ayının əvvəllərində çəkilişlərinə başlanan proqram iyunda özəl TV kanallarının birində yayımlanacaq.

Aytən Novruzova / Metbuat.az